...

Gürcüstanın birinci xanımı ABŞ prezidentinin andiçmə mərasimində iştirak edəcək

Dünya xəbərləri Materials 15 Yanvar 2009 10:43 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 15 yanvar/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın birinci xanımı Sandra Rulovs ABŞ prezidenti Barak Obamanın andiçmə mərasimində iştirak edəcək. Bu barədə Trend -a Gürcüstan prezidentinin xanımının mətbuat xidmətindən məlumat verilib.

Amerikanın 44-cü prezidentin andiçmə mərasimi yanvarın 20-də Vaşinqtonda keçiriləcək.

Gürcüstanın müxalifət cəbhəsinə keçən BMT-dəki keçmiş səfiri və hazırda ehtimal olunan birləşmiş müxalifətdə liderliyə iddiaçılardan biri İrakli Alasaniya da mərasimə dəvət alıb.

Xəbər lenti

Xəbər lenti