...

İsrailin Qəzzədəki müharibəsi mənasızdır – Livan prezidenti

Dünya xəbərləri Materials 16 Yanvar 2009 17:54 (UTC +04:00)

Qəzzədəki müharibə dərhal dayandırılmalıdır; 2006 - cı ilin iyulunda Livandakı müharibə kimi,  bu  da İsrailə qələbə, dünyaya fayda gətirməyəcək, - Livan prezidenti Mişel Süleyman bildirib.

"İyul müharibəsində İsrail Livan xalqının müqavimətini qıra bilmədiyi kimi, fələstinlilərə qarşı da bunu edə bilməyəcək", - Süleyman ərəb ölkələri başçılarının Dohada keçirilən təcili iclasında bəyan edib.

Süleymanın sözlərinə görə, fələstinlilər üçün ən optimal çıxış 2002 - ci ildə Beyrutda qəbul edilmiş ərəb sülh təşəbbüsüdür.

Onun sözlərinə görə, bu gün keçirilən sammit fələstinlilərə yardım tədbirlərinin görülməsi üçün bütün ərəb dünyasını birləşdirməlidir.

"Sammit  müzakirələr üçün növbəti yer olmamalıdır. Biz İsrailin hücumlarını dayandırmaq üçün konkret qərarlar qəbul etməliyik", - Süleyman deyib.

Xəbər lenti

Xəbər lenti