...

Aİ-nin Gürcüstan üzrə missiyası Rusiyanı beynəlxaq müşahidəçiləri Abxaziya və Sxinvaliyə buraxmağa çağırır

Dünya xəbərləri Materials 21 Yanvar 2009 13:20 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 21 yanvar/ Trend , müx. N.Kirtsxalia / Avropa İttifaqının Gürcüstandakı missiyası Rusiyanı beynəlxaq müşahidəçiləri Abxaziya və Sxinvali regionuna buraxmağa çağırır. Bu haqda Avropa İttifaqının Gürcüstandakı missiyasının bu gün açıqlanmış bəyanatında deyilir.

Yanvarın 15-də Gürcüstan Abxaziya və Cənubi Osetiya ilə münaqişə zonalarında Aİ missiyasının genişləndirilməsi və ATƏT-in missiyasının yaradılmasına ehiyac olduğunu bildirib. Öz növbəsində ATƏT Gürcüstandakı mandatının uzadılması istəyi ilə çıxış edib.

"Aİ ölkələrinin Gürcüstandakı səfirlikləri Abxaziya və Sxinvali regionuna yaxın ərazilərdə öz vəzifə borclarını həyata keçirən gürcü polislərinə hücum faktlarının qeydə alınmasından xeyli narahat olduqlarını bəyan ediblər", - Aİ missiyasının bəyanatında deyilir.

Aİ missiyasının rəhbərliyi bu cür əməliyyatları mənfi qiymətləndirib və "bütün insidentlərin araşdırılması və günahkarların cəzalandırılması"nı gözləyir.

Xəbər lenti

Xəbər lenti