...

Türkmənistanda müdafiə naziri istefaya göndərilib, sərhəd idarəsinin rəhbəri dəyişib (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 21 Yanvar 2009 21:07 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 21 yanvar/ Trend müxbir E.Həsənov/ Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov çərşənbə günü güc blokunda birt sıra kadr təyinatları aparıb: müdafiə naziri, 1946-cı il təvəllüdlü Ağageldı Məmmətgeldıyev pensiyaya göndərilib, Sərhəd İdarəsinin komandanı Bayram Alovov işdən azad edilib. Onun işdən azad edilməsinin səbəbi məlum deyil.

Dəyişikliklər barədə rəsmi türkmənistanlı mənbə məlumat verib. Onların yerinə müvafiq olaraq bu vaxtadək gömrükçülərə rəhbərlik edən Yaylım Berdiyev və narkotiklərin yayılması ilə mübarizə üçün yaradılmış dövlət xidmətinə başçılıq edən Murad İslamov təyin edilib.

Berdiyev bir vaxtlar miqrasiya xidmətinə rəhbərlik edib. Başqa məlumatlar hələ yoxdur.

İslamov 1965-ci ildə anadan olub. Minskdə (Belarus) dövlət universitetinin hüquq diplomu var.  Türkmənistan prezidentinin aparatında işləyib, Nazirlər Kabineti yanında məsləhətçi olub və o da miqrasiya xidmətinə rəhbərlik edib.

Ötən həftə Berdiməhəmmədov hökumətdə kütləvi təmizləmələr aparıb. Baş prokurorluğun təqdimatı ilə rabitə, sosial təminat, turizm və idman nazirləri. "Türkmənneft" konserinin sədri və bir çoxları işdən azad edilib. Fərmanı imzalayan dövlət başçısı məmurların "zamanla" və müasir Türkmənistanda baş verən dəyişikliklərlə ayaqlaşa bilmədiklərindən şikayətlənib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti