ABŞ yeni prezidenti Barak Obama birinci iş günündə il ərzində gəlirləri 100 min dalları keçən Ağ ev əməkdaşlarının - koməkçilərin, məsləhətçilərin və mətbuat katiblərinin maaşını dondurub, RBK xəbər verir. Beləliklə Obama sadə amerikanlılara həmrəy olduğunu bildirib. "Bütün ölkədə sadə ailələr bel kəmərlərini sıx bağlamaq məcburiyyətindədirlər", Associated Press Obamanın sözlərini sitat gətirir.
Ağ evin yeni administrasiyasının iş prinisplərinə aid sualı cavablandırarkən Obama deyib ki, onun prezidentliyi dövründə əsas "qanunun aliliyi və şəffaflıq" olacaq.