...

Bakı "İnter"inə qalib gələn klub "Birlik Kuboku"nun finalında məğlub oldu

Dünya xəbərləri Materials 25 Yanvar 2009 18:12 (UTC +04:00)
Bakı "İnter"inə qalib gələn klub "Birlik Kuboku"nun finalında məğlub oldu

Azərbaycan, Bakı, 25 yanvar / Trend / Bu gün Moskvada MDB və Baltikyanı ölkələrin çempionlarının iştirakı ilə keçirilən 17-ci "Birlik Kuboku"nun qalibi müəyyən olunub. Final qarşılaşmasında "Şerif" (Moldova) və "Aktobe" (Qazaxıstan) üz-üzə gəliblər. Oyunun əsas və əlavə vaxtı heç-heçə sona çatıb - 1:1. Penalti seriyasında isə moldovalılar daha dəqiq olublar - 5:4.

Turnirdə iştirak edən Azərbaycan çempionu "İnter" yarımfinalda "Aktobe"yə məğlub olub - 0:1.

Xəbər lenti

Xəbər lenti