...

Moskvanın cənub-şərqində əslən Azərbaycandan olan kafe direktoru güllələnib

Dünya xəbərləri Materials 26 Yanvar 2009 11:54 (UTC +04:00)

Moskvanın cənub-şərqində üzərində güllə yaraları olan kişi cəsədi tapılıb. Bu barədə İnterfaks-a bazar ertəsi paytaxtın hüquq-mühafizə orqanlarındakı mənbədən məlumat verilib.

"Bazar günü səhər General Kuznetsov küçəsindən zəng daxil olub. Hadisə yerinə gələn milis əməkdaşları yaşayış binasının girişində Azərbaycan əsilli 47 yaşlı cəsəd aşakar ediblər. Cəsədin sinəsində bir, başında isə iki güllə yarası aşkar olunub. Öldürülən, paytaxt kafelərindən birinin direktoru olub", - deyə mənbə bildirib.

O həmçinin qeyd edib ki, fakt üzrə RF-nin Cinayət Məcəlləsinin 105-ci maddəsi (adam öldürmə) üzrə cinayət işi qaldırılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkarın tapılması istiqamətində iş aparırlar.

Xəbər lenti

Xəbər lenti