...

İranın Pərişan göl kənarında minlərlə canlı heyvan diri-diri yandırılıb

Dünya xəbərləri Materials 18 Fevral 2009 15:59 (UTC +04:00)

İranın Pərişan göl kənarında minlərlə tısbağa və digər canlı heyvan ötən iki ay ərzində diri-diri yandırılıb. Bu barədə İranın Mehr xəbər agentliyi məlumat yayıb.

Ötən iki ay ərzində İranın Nəqliyyat Nazirliyinin əməkdaşları tərəfindən Pərişan kəndinə yol çəkmək məqsədi ilə bu kəndin yaxınlığında yerləşən gölün ətrafındakı qamışlıq yandırılıb. Göl ətrafında yaşayan minlərlə tısbağa, quş, ilan və digər canlı heyvan növləri məhv olub. Şahidlərin bildirdiyinə görə, yanğın 30 hektara yaxın ərazidə baş verib. 

Məlumata əsasən, İranın Nəqliyyat Nazirliyi əməkdaşları Şəhrincan və Pərişan kəndləri arasında yol çəkmək məqsədi ilə hələ ötən ildən gölətrafı ərazini qəsdən yandırıb. Belə ki, ötən il ərzində 20 hektar ərazi və cari ildə iki ay ərzində 8 hektar ərazi yandırılıb. Yanğın zamanı canlı heyvanların hamısı diri-diri yanaraq məhv olub.

İranın Nəqliyyat Nazirliyi yanğının fəsadlarını az göstərmək məqsədi ilə yandırılmış ərazinin 800 metrdə baş verdiyini bildirib.

Şəhrincan və Pərişan kəndləri arasındakı məsafə 5 kilometrə yaxındır. Pərişan kəndi dağlıq zonada yerləşdiyi üçün Nazirliyin əməkdaşları bu kəndə yol çəkməkdə çətinliklə üzləşiblər.

Xəbər lenti

Xəbər lenti