Sivilizasiyaların Alyansı özünün ikinci illik forumunu aprelin 6-7-də Türkiyənin İstanbul şəhərində keçirəcək. Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) İctimai İnformasiya Departamenti məlumat yayıb.
Forumun məqsədi dünyada millətlər və mədəniyətlər arasında artmaqda olan təcridolunma prosesində əlaqələrin yaradılmasına yardım edilməsi və qlobal səviyyədə mədəniyyətlərarası dialoqla nəticələnəcək yeni əməkdaşlığın qurulmasıdır. Forumda iştirak edəcək BMT-nin baş katibi Ban Ki-Munun, Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın, İspaniyanın baş naziri Xose Luis Rodrigez Zapateronun və Sivilizasiyaların Alyansı üzrə baş təmsilçi Xorxe Sampayonun çıxışları gözlənilir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]