...

Qırğızıstanın baş naziri iş adamları ilə görüşəcək

Dünya xəbərləri Materials 3 Mart 2009 22:46 (UTC +04:00)

Qırğızıstan, Bişkek, 03 mart / Trend müxbir R.Məşədihəsənli/ Martın 12-də Qırğızıstan İş adamları Birliyinin təşəbbüsü ilə baş nazir İqor Çudinovun nazirlər və millət vəkillərinin iştirakı ilə görüşü nəzərdə tutulur. Bu barədə Trend müxbirinə çərşənbə axşamı KITİAD (Qırğızıstan-Türkiyə İş adamları Dərnəyi) katibliyindən bildiriblər.
KITİAD baş katibi Erdal Yalvacın sözlərinə görə, Çudinovun sədrliyi ilə keçiriləcək görüşdə Qırğız Respublikasının yeni vergi qanunundakı dəyişiklik və əlavələr müzakirə olunacaq.
Bundan başqa, sənaye istehsalındakı böhran, kiçik və orta sahibkarların problemləri, sərmayə siyasəti və digər mühüm məsələlər ətrafında da müzakirələr aparılacaq.

Xəbər lenti

Xəbər lenti