...

İran və Ermənistan Qafqazda ən böyük su elektrik stansiyası tikəcək

Dünya xəbərləri Materials 18 Mart 2009 11:18 (UTC +04:00)

Ermənistanın təbii sərvətlər və enerji nazirinin müavini bildirib ki, İran və Ermənistan Araz çayı üzərində Qafqazın ən böyük su elektrik stansiyasını tikəcək. Bu barədə İranın İRNA agentliyi məlumat yayıb.

"Su elektrik stansiyası Ermənistan tərəfindən Meqridə və İran tərəfindən Qaraçalar zonasında tikiləcək", -deyə Ermənistanın təbii sərvətlər və enerji nazirinin müavini Ara Simoniyan çərşənbə axşamı bildirib.

Onun sözlərinə görə, su elektrik stansiyası ildə 800 milyon kilovat saat elektrik enerjisi istehsal edəcək və Cənubi Qafqazda analoqu olmayan bir stansiya olacaq.

Simoniyan deyib ki, bu layihənin icrası üçün hər iki ölkə Araz çayı üzərində yer ayıracaq və onun təhlükəsizliyini təmin edəcək.

Onun sözlərinə görə, iranlı və erməni fəhlələrin tikinti zamanı iki ölkəyə giriş-çıxışı ilə bağlı məhdudiyyət olmayacaq.

Simoniyan bildirib ki, layihə artıq hazırlanıb və icrası İran və Ermənistan arasında müqavilənin imzalanmasından sonra həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti