...

"Total" Cənub Pars qaz layihəsinin inkişafı istiqamətində işlərini davam etdirir - İranın neft naziri

Dünya xəbərləri Materials 19 Mart 2009 14:20 (UTC +04:00)

İranın neft naziri bildirib ki, Fransanın "Total" şirkəti Cənub Pars qaz layihəsinin inkişafı istiqamətində işlərini davam etdirir. Bu barədə FARS xəbər agentliyi məlumat yayıb.

""Total" Cənub Pars qaz layihəsinin inkişafı istiqamətində işlərin davam etdirilməsi ilə bağlı razılığını bildirib", - deyə İranın neft naziri Qulam Hüseyn Nozəri Genevrədə keçirilən mətbuat konfransında bildirib.

"Biz neft və qaz layihələrimizi həyata keçirməkdə qərarlıyıq. Bu səbəbdən bəzi xarici şirkətlərə bu layihələrdə iştirak etmək üçün şərait yaratmışıq, layihələrdə iştirak edib-etməmək haqda qərarı isə həmin şirkətlər özləri verməlidir", - o əlavə edib.

İranın Milli Neft Şirkətinin direktoru Seyfolla Caşnsaz ötən həftənin çərşənbə günü bildirib ki, "Total"ın payı yeni şirkətə veriləcək. ""Total" rəhbərliyi ilə razılığa əsasən, Cənubi Pars qaz layihəsinin 11-ci fazasının gedişinə daha bir payçı qoşulacaq və "Total"ın payı bu layihədə yeni şirkətə veriləcək", - deyə Caşnsaz bildirib. Onun sözlərinə əsasən, Fransa şirkəti İranın Cənubi Pars qaz layihəsinin on birinci fazasının işlərini ləngidib.

Xəbər lenti

Xəbər lenti