...

Gürcüstan ABŞ üçün prioritet olaraq qalır – spiker

Dünya xəbərləri Materials 26 Mart 2009 14:23 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 26 mart / Trend , müxbir N.Kirtsxaliya /

"Gürcüstan ABŞ üçün prioritet olaraq qalır", - Vaşinqtonda rəsmi səfərdə olan Gürcüstan Parlamentinin spikeri David Bakradze deyib. Bakradze jurnalistlərə bildirib ki, Vaşinqtonda keçirilən bütün görüşlərdə ABŞ-ın Tbilisiyə dəstəyi hiss olunur.

Bakradzenin başçılığı altında Gürcüstan Parlamentinin nümayəndə heyəti ABŞ Prezidenti Administrasiyası ilə görüşlər keçirir. Nümayəndə heyəti daha bir neçə gün ABŞ-da qalacaq.

ABŞ vitse-prezidentinin Təhlükəsizlik məsələləri üzrə müşaviri Co Baydenlə, Respublikaçılar və Demokratlardan olan konqresmen və senatorlarla artıq görüşlər keçirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti