ABŞ prezidenti Barak Obamanın Türkiyəyə aprelin 5-7-də nəzərdə tutulan səfəri zamanı Türkiyə rəsmilərindən Ermənistanla sərhədlərin açılmasını istəyəcəyi gözlənilir, bu haqda Türkiyənin ZAMAN qəzeti məlumat yayıb.
Qəzetin iddiasına görə, Obamanın belə bir istəklə Türkiyə hökumətinə müraciət edəcəyi haqda məlumat diplomatik mənbələrdən daxil olub.
Trend -un arayışı: Türkiyə Ermənistanla hələ 1993-cü ildə kəsilmiş münasibətləri normallaşdırmağa
çalışır. Yerevan tərəfindən başlanılmış uydurma soyqırımın tanınması ilə bağlı anti-türk kampaniyası
və Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması diplomatik münasibətlərin dayandırılmasına səbəb olub.
Türkiyə prezidenti Abdullah Gül Ermənistan prezidenti Serj Sarkisyanın Yerevana, Ermənistan və Türkiyə milli komandaları arasında Dünya çempionatının seçmə qrup mərhələsinin oyunları çərçivəsində ötən ilin sentyabrın 6-da baı tutmuş futbol matçına gəlmək təklifini qəbul edib. Bu səfərdən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması yolunda diplomatik səylər davam etdirilir.