...

Mədəniyyətlərarası dialoqun əsas hədəfi dünyada sülhün təmin olunmasıdır -Türkiyənin Baş naziri

Dünya xəbərləri Materials 6 Aprel 2009 11:54 (UTC +04:00)
Mədəniyyətlərarası dialoqun əsas hədəfi dünyada sülhün təmin olunmasıdır -Türkiyənin Baş naziri

Azərbaycan, Bakı, 06 aprel / Trend , müxbir. R.Hafizoğlu /

Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğan İstanbulda keçirilən Beynəlxalq Mədəniyyətlər İttifaqı Forumunda mədəniyyətlərarası dialoqun əsas hədəfinin dünyada sülhün təmin olunması olduğunu bildirib. Bu haqda Türkiyənin TRT 2 telkekanalı məlumat verib.

Baş nazir onu da əlavə edib ki, İspaniya və Türkiyənin birgə layihəsi olan Beynəlxalq Mədəniyyətlər İttifaqı Forumunun müsbət nəticə verəciyinə əmindir.

" Mədəniyyətlər arasında olan problemləri hamımız bir yerdə həll etməliyik, problemlərin həlli mümükündür ", - deyə o bildirib.

Ərdoğna onu da qeyd edib ki, Beynəlxalq Mədəniyyətlər İttifaqı Forumunun əsas hədəfi gələcək nəsilləri müharibəsiz bir həyatla təmin etməkdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti