...

Ermənistan prezidenti İrana rəsmi səfər edəcək

Dünya xəbərləri Materials 11 Aprel 2009 13:32 (UTC +04:00)
Ermənistan prezidenti İrana rəsmi səfər edəcək

Ermənistan prezidenti Serj Sarkisyan aprelin 13-14-də İran İslam Respublikasına rəsmi səfər edəcək. Bu barədə şənbə günü Ermənistan dövlət başçısının mətbuat xidmətindən məlumat verilib.

RİA Novosti-nin verdiyi xəbərə görə, Sarkisyanın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə xarici işlər naziri Edvard Nalbəndyan, energetika və təbii ehtiyatlar naziri Armen Movsisyan, nəqliyyat və rabitə naziri Qurqen Sarkisyan, iqtisadiyyat naziri Nerses Eritsyan, diaspor işləri üzrə nazir Qranuş Akopyan, Mərkəzi Bankın sədri Artur Cavadyan və digər səlahiyyətli şəxslər daxil olacaq.

Ermənistan prezidenti İİR prezidenti Mahmud Əhmədinejad ilə təkbətək formatda görüş keçirəcək. Daha sonra geniş tərkibdə Ermənistan-İran danışıqları aparılacaq, birgə sənədlər imzalanacaq.

Srakisyanın Tehranda İİR-nin dini lideri Sayid Əli Xomneyi ilə də görüşü planlaşdırılıb.

Bundan əlavə, Ermənistan dövlətinin başçısı İİR-nin təməlini qoyan lider Ayətulla Xomeyninin məqbərəsini ziyarət edəcək və məzarı üzərinə əklil qoyacaq.

Səfər zamanı Ermənistan prezidentinin İİR Məclisinin sədri Əli Laricani, Milli Təhlükəsizlik Ali Şurasının katibi ilə görüşləri də nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti