...

İrana Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının sektoral dialoq üzrə tərəfdaş statusu verilib

Dünya xəbərləri Materials 16 Aprel 2009 14:57 (UTC +04:00)
İrana Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının sektoral dialoq üzrə tərəfdaş statusu verilib

İrana Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) sektoral dialoq üzrə tərəfdaş statusu verilib. Bu haqda bu gün Təşkilatın Baş katibi Leonidas Xrizantopulos QİƏT ölkələri XİN Şurası iclasının yekunları üzrə deyib, İTAR-TASS məlumat verib.

"Biz İrana (sektoral) dialoq üzrə tərəfdaş statusu vermək barədə razılaşdıq. Bu günə qədər İran regionda bir növ iştirak edirdi. İndi biz bu ölkə ilə enerji və nəqliyyat sahələrində əməkdaşlıq etmək niyyətindəyik", - Baş katib deyib. Onun sözlərinə görə, QİƏT-də "İranın bu məsələlər üzrə işçi qrupa öz töfhəsini verməsini səbrsizliklə gözləyirlər".

Xrizantopulos hesab edir ki, bu qərar "beynəlxalq münasibətlərin bu mərhələsində vacib addımdır". "Bu, QİƏT-in beynəlxalq məsələlərə proqressiv yanaşmasını nümayiş etdirir", - o əlavə edib.

Xəbər lenti

Xəbər lenti