...

Danimarkada PKK terror təşkilatına məxsus Roj TV-nin yayımı dayandırılıb

Dünya xəbərləri Materials 28 Aprel 2009 14:55 (UTC +04:00)

Danimarkada PKK terror təşkilatına məxsusu Roj TV-nin yayımı dayandırılıb. Bu haqda Türkiyənin HABER7 informasiya agentliyi məlumat verib.

Türkiyə hökuməti PKK terror təşkilatının təbliğatı ilə məşğul olduğu üçün Roj TV-nin fəaliyyətinə xitam verilməsi ilə bağlı Danimarka tərəfinə dəfələrlə müraciət etsə də, bu müraciətlər cavabsız qalmışdı. Təklif NATO-nun Baş katibi postuna keçirilən seçkilər ərəfəsində də quruma üzv olan Türkiyənin iqtidarı tərəfindən gündəmə gətirilmişdi. Danimarkanın keçmiş Baş naziri və NATO-nun hazırkı Baş katibi Andreas Rasmussen sonuncu vəzifəyə sahib olmaq üçün Türkiyənin razılığını almaq məqsədilə Roj TV-nin fəaliyyətinin dayandırılacağını vəd etmişdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti