...

Vyanada Azərbaycanın Respublika Günü qeyd olunub

Dünya xəbərləri Materials 29 May 2009 10:36 (UTC +04:00)

Avstriya, Vyana, 29 May / Trend , müxbir A.Ələsgərov /

Vyanada Azərbaycanın Respublika Günü qeyd olunub.

Bayram mərasimi Azərbaycanın Avstriyadakı səfirliyində baş tutub. Tədbirə Avstriya hökumətinin üzvləri, deputat və senatorları, ictimai təşkilat və fondların üzvləri, ictimai xadimlər, diplomatlar və bu ölkədə təhsil alan azərbaycanlı tələbələr dəvət olunublar.

Tədbirdə Milanın "Regio Emilia" Konservatoriyasının tələbəsi Yusif Eyvazovun ifasında həm Azərbaycan, həm də xarici müsiqilərdən parçalar səsləndirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti