...

İKT-nin Baş katibi İranın Zahidan şəhərində məscid partlayışını pisləyib

Dünya xəbərləri Materials 1 İyun 2009 10:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 iyun / Trend , müxbir R.Hafizoglu /

İslam Konfransı Təşkilatının (İKT) Baş katibi Ekmələddin İhsanoğlu İranın Zahidan şəhərində məsciddə baş vermiş partlayışı qətiyyətlə pisləyib. Bu haqda İKT-dən  Trend -a daxil olan məlumatda bildirilib.

Mayın 28-də İranın Zahidan şəhərində "Əli ibn Əbu Talib" məscidində partlayış törədilib. Hadisə nəticəsində 80 nəfər yaralanıb, 25 nəfərin isə həlak olduğu bildirilib. Hadisə zamanı valideynləri ilə məscidə gəlmiş 4 yaşlı uşaq da həlak olub.

İranın PRESS TV kanalının verdiyi məlumata əsasən, partlayışa görə məsuliyyəti "Cundullah" qruplaşması öz üzərinə götürüb.

"Məsciddə partlayış törətmək vəhşilikdən başqa bir şey deyil", - deyə İKT Baş katibi qeyd edib.

Xəbər lenti

Xəbər lenti