...

İranda "məxməri" inqilab etməyə çalışanlar var – "Sepah" komandiri

Dünya xəbərləri Materials 4 İyun 2009 13:28 (UTC +04:00)

"Bəziləri Gürcüstan və Ukraynada olduğu kimi İranda da "məxməri" inqilab etmək istəyir", - deyə İranın "Sepah" korpusunun ölkənin mərkəzi regionu üzrə nəzarət rəisi general Əliəsğər Xani çərşənbə günü Semnan şəhərində çıxışı zamanı bildirib. Bu barədə İRNA xəbər agentliyi məlumat yayıb.

Xani əlavə edib ki, onlar özlərini gündəmə gətirmək məqsədi ilə İsrail və ABŞ-ın sözlərini danışır və ölkənin strukturunu dağıtmaq niyyətindədirlər. "Düşmənlər əhalinin seçkilərdə fəal iştirak etməməsinə çalışırlar. Əhali seçkilərdə aktiv iştirak etməklə onların planlarını pozmalıdır", - deyə Xani bildirib.

İranda növbəti prezident seçkiləri iyunun 12-də keçiriləcək. Hazırda dörd namizəd rəqabət aparır: hazırkı prezident Mahmud Əhmədinejad, sabiq Baş nazir Mir Hüseyn Musəvi (Hossein Mousavi), eks-spiker Mehdi Kərrubi və İran İnqilabçıları Korpusunun sabiq rəhbəri Möhsün Rizayi (Mohsen Rezaee).

Xəbər lenti

Xəbər lenti