...

Rusiya yaxınlarda Belarusu itirə bilər - Prezident Lukaşenko

Dünya xəbərləri Materials 5 İyun 2009 13:11 (UTC +04:00)
Rusiya yaxınlarda Belarusu itirə bilər - Prezident Lukaşenko

Belarus və Rusiya münasibətlərində yetirəncə təhlükəli durum yaranıb: Rusiya yaxınlarda Belarusu itirə bilər. Bu haqda Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın aparıcı çap nəşrlərinin baş redaktorlarına müsahibəsində deyib, БЕЛТА-ya Belarus dövlətinin mətbuat xidmətindən məlumat verilib.

Lukaşenko qeyd edib ki, son zamanlar ikitərəfli münasibətlərdə xeyli yaxşı işlər görülüb, amma bu, həmin zaman çərçivəsində edilə biləcək və edilməli işlərlə müqayisədə heç nədir.

Belarus Prezidenti bildirib ki, Rusiyanın aparıcı çap nəşrlərinin baş redaktorları ilə görüş çoxdan planlaşdırılırdı. Bunda məqsəd Rusiya ictimaiyyətinə iki ölkə arasında baş verən həqiqətləri çatdırmaqdır. Ancaq son anda bəzi nəşr rəhbərləri Minskə gəlməkdən imtina ediblər. "Mən təəssüf edirəm ki, Rusiya kimi demokratik ölkədə mənim dəvətimi çox böyük həvəslə qəbul etmiş, Prezidentlə görüşmək üçün burada gecə-gündüzünü keçirməyə hazır olan bir neçə baş redaktor görüşə bir neçə gün qalmış "quş", yaxud "donuz qripi" ilə xəstələnir. Amma bunlar demokratik nəşrlərdir. Demokratik ölkədə bu, normaldır. Bu, sizin mütləq verəcəyiniz - "Sizdə KİV boğulub, heç kim "Sovetski Belarus" qəzetindən başqa qəzet oxumur, çünki başqası yoxdur", "Heç kim Belarus kanallarından başqasına baxmır, çünki onlar sadəcə yoxdur" suallarınıza cavabdır. Ölkə Avropanın mərkəzində yerləşir və öz qanunları ilə yaşayır. O, heç bir yandan "görünmür", "baxılmır" və s", - dövlət başçısı deyib.

"Belarus həmişə RF ilə münasibətlərini çox ciddi qurub", - Prezident vurğulayıb. Lukaşenko Rusiya tərəfini Konstitusiya aktını qəbul etməkdən imtina və bununla da İttifaq Dövlətinin yaradılmasını inkişaf etdirmək istəməməkdə günahlandırıb. İttifaqın yaradılması tarixinə qayıdan Lukaşenko deyib ki, bu qərar Boris Yeltsinlə birlikdə, postsovet məkanında dövlətlərin birləşməsinə nümunə kimi qəbul edilmişdi. Sonradan bu ittifaqa Ukraynanın da qoşulması planlaşdırılırdı. "O zaman çox şey Ukraynanın bizimlə olmasının tərəfində idi. Ancaq Rusiya haradasa bir qədər "çəkilməli" idi. Azad ticarət zonasını saxlamaq, məhsulların ötürülməsi, işçi qüvvəsinin hərəkətində sərhədlər qoymamaq lazım idi", - belaruslu lider bildirib.

Onun sözlərinə görə, bu gündən etibarən Avropa ilə münasibətlərin gücləndirilməsinə başlanılıb. Eyni zamanda Belarus əvvəlcədən özünün xarici ticarətinin əsası kimi çoxvektorluluq prinsipini elan edib. Prezident qeyd edib ki, Belarusun coğrafi mövqeyi ölkənin əsas resurslarından biridir və bundan özü üçün sərfəli və qonşulara ziyan vurmayacaq şəkildə yararlanmaq lazımdır.

"Yolayrıcında olarkən bütün tərəflərə baxmaq lazımdır. Yoxsa vurub-yıxarlar. Bir də ki, niyə biz qonşularımızla pis yaşamalıyıq? Axı qonşuları seçmirlər. Bizim tədarüklərimiz, bütün dəniz tədarüklərimizin əsas hissəsi Baltikyanı limanlarla həyata keçirilirsə, nə üçün Baltika ölkələri ilə münaqişəyə girməliyik?", - dövlət başçısı deyib.  

Xəbər lenti

Xəbər lenti