...

İran yeni səsdən sürətli raketin istehsalına başlayıb (Əlavə)

Dünya xəbərləri Materials 6 İyun 2009 13:11 (UTC +04:00)
İran yeni səsdən sürətli raketin istehsalına başlayıb (Əlavə)

İran ilk dəfə olaraq yeni "yer-hava" sinfindən olan səsdən sürətli "Şahin" raketinin istehsalına başlayıb, FARS agentliyi məlumat verib.

Raketin istehsalına başlamaq üzrə bu gün keçirilən mərasimdə İranın müdafiə naziri Mustafa Nacar iştirak edib.

"Raketin bütün hissələri, o cümlədən proqram təchizatı və raketin işəsalma qurğusunun qurulması üzrə işləmə sistemi İran mütəxəssisləri tərəfindən həyata keçirilib", - Nəccar bildirib.

Onun sözlərinə əsasən, raket müstəqil şəkildə 40 kilometr məsafədən düşmən təyyarəsini və ya vertolyotunu hədəfə ala bilir və hədəfi səsdən də güclü sürətlə vura bilir.

"Şahin" raketi İranda inqilabdan sonrakı dövrdə ən mühüm və çətin layihələrdən biridir", - deyə Nəccar bildirib.

Xəbər lenti

Xəbər lenti