...

İran Prezident Aparatı ittihamları cavablandırmaq üçün TV-də vaxt istəyib

Dünya xəbərləri Materials 8 İyun 2009 18:15 (UTC +04:00)

İran Prezident Aparatı Prezident Əhmədinejadın ünvanına debatlarda səslənən ittihamların cavablandırılması üçün İran televiziyasına xüsusi vaxtın ayrılması tələbinin qeyd olunduğu məktub göndərib. Bu barədə İranın IRNA informasiya agentliyi xəbər verir.

Prezident Aparatının başçısı Əbdürreza Şeyxulislam məktubunda qey edib ki, Əhmədinejadın iştirak etmədiyi üç debatda onun və bütün hökumətin ünvanına ciddi ittihamlar səsləndirilib ki, bunların da cavablandırılması üçün ayrıca vaxt ayrılmalıdır.

Məktubda deyilir ki, prezidentliyə namizədlər Mehdi Kərrubi, Mir Hüseyn Musəvi və Möhsün Rezayi Prezidenti və hökuməti 60 dəqiqə 35 saniyə ərzində tənqid ediblər.

Xəbər lenti

Xəbər lenti