...

Suriya İsrail ilə dolayı yolla danışıqlara başlamaq istəyir

Dünya xəbərləri Materials 9 İyun 2009 16:16 (UTC +04:00)

Dəməşq ABŞ-ın Yaxın Şərqdə xüsusi nümayəndəsi Corc Mitçelə Suriyaya səfəri zamanı Türkiyənin vasitəçiliyi ilə İsraillə dolayı danışıqlara başlamaq istəyinin qeyd olunduğu məktubu vermək niyyətindədir. Bu barədə İtaliyanın AKİ agentliyi İsrail KİV-inə istinadən bildirib. 

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ötən həftə Vaşinqtona səfəri zamanı ABŞ Adminsitrasiyası nümayəndələrinə Suriyanın Yəhud Olmertin dövründəki kimi İsraillə danışıqları davam etdirmək niyyətində olduğunu bildirib. Bu barədə "İsrail radiosu" xəbər verib. 

Davudoğlu bildirib ki, Ankara dolayı danışıqların yeni mərhələsində vasitəçilik roluna hazırdır.

İsrailin Baş naziri Binyamin Netanyahu və  İsrail Prezidenti Şimon Peres ilə Mitçel regiondakı gərginliyi nəzərə alaraq ərəb-yəhudi barışıqları perspektivlərini müzakirə ediblər.

Xəbər lenti

Xəbər lenti