İran ruhaniləri seçkilərdə səs veriblər
Səsvermə zamanı İran ruhaniləri ölkədəki bütün insanları cari seçkilərdə fəal iştirak etməyə çağırıb.
"Nasir Məkarim-Şirazi, Lütfulla Safi Qulpayqani, Yusif Saneyi, Hüseyn Nuri-Həmədani kimi dini alımlər də daxil olmaqla ruhanilər müqəddəs Qum şəhərində onuncu prezident seçkilərində iştirak ediblər", - IRNA agentliyi xəbər verir.
Tehran vaxtı ilə 08:00-da başlayan seçkilər 18:00-da başa çatacaq. İran Nəzarət Şurasının Seçkilərə Nəzarət Təşkilatının məlumatına görə, seçkilərin gecə yarısınadək uzadılması mümkündür. İranın Mərkəzi Seçki Komissiyası bildirib ki, əhalinin yeddi seçki məntəqəsindəki fəallığını nəzərə alaraq, prezident seçkiləri müddətinin iki saat uzadılması barədə qərar qəbul edilib.Xəbər lenti
Prezident İlham Əliyev: Qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir
Prezident İlham Əliyev: Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də
Prezident İlham Əliyev: May ayının sonuna qədər Ağdamın baş planının ilkin versiyası təqdim olunacaq