...

İsrail Fələstin, Suriya və Səudiyyə Ərəbistanı ilə birbaşa danışıqlara hazırdır - XİN başçısı

Dünya xəbərləri Materials 16 İyun 2009 12:14 (UTC +04:00)

"İsrail ilkin şərtlər olmadan, Qüdsü paytaxt saxlayaraq və Qərb sahilindəki tikintiləri davam etdirməklə, Fələstin administrasiyası, Suriya və Səudiyyə Ərəbistanı ilə birbaşa danışıqlara hazırdır", - İsrail XİN başçısı Aviqdor Liberman Avropaya səfəri zamanı deyib, Qaarets qəzeti xəbər verir.

"ABŞ və Avropanın təbii artım səbəbindən tikintilərin davam etdirilməsinin vacibliyini anlaması lazımdır, - Liberman İsrail radiosuna bildirib. - Biz Qərb Sahilində demoqrafik balansı dəyişmək və faktları gözardına vurmaq niyyətində deyilik".

İordan çayının Qərb sahilində 200-dən çox yəhudi kəndinin məsələsi, Libermanın Lüksemburqda Aİ ölkələrinin 27 XİN başçıları ilə görüşündə əsas müzakirə mövzusu olub. Aİ bildirib ki, İsraillə münasibətləri kəsməyəcək və əlavə edib ki, sülh məsələsində irəliləyiş ilk növbədə israillilər və fələstinlilərdən asılıdır.

Aİ ölkələri XİN başçıları, xüsusilə də Fransa və Belçika XİN-ləri qapalı müşavirədən sonra İsrailin ünvanına tənqidi bəyanatlar dərc edib.

Öz bəyanatlarında nazirlər bildiriblər ki, "Netanyahunun təşəbbüsü"nü alqışlayır və İsraili "təcili olaraq şərqi Qüds ərazisi də daxil olmaqla, kəndlərin tikintisini dayandırmağa çağırırlar". Aİ tikintiləri qeyri-qanuni hesab edir. Onlara görə bu addım beynəlxalq hüququ pozur və sülhə mane olur.

Xəbər lenti

Xəbər lenti