...

İranın məqsədi nüvə silahının istehsalıdır – MAQATE-nin başçısı

Dünya xəbərləri Materials 17 İyun 2009 16:45 (UTC +04:00)
İranın məqsədi nüvə silahının istehsalıdır – MAQATE-nin başçısı

BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) başçısı Məhəmməd Baradeyi hesab edir ki, İranının nüvə proqramı nüvə silahının istehsalına yönəldilib.

Bununla yanaşı, BBC-nin icmalçısı Ceremi Bouenə müsahibəsində Baradeyi bildirib ki, dünyada nüvə silahı olan və olmayan ölkələrə müxtəlif cür yanaşırlar.

O, qeyd edib ki, nüvə silahına malik olan Şimali Koreyanı danışıqlar stolu arxasına dəvət edirlər, ona malik olmayan İraqın isə "külünü göyə sovurdular".

MAQATE-nin başçısı Tehranla danışıqlar apararaq nüvə silahının yaradılmasına ehtiyac olmadığını başa salmağa çağırıb. "Duyma qabiliyyətim mənə deyir ki, nüvə texnologiyaları İrana məhz nüvə silahı istehsal etmək imkanına malik olmaq üçün lazımdır", - Baradeyi bildirib.

"Tehran qonşuları və bütün dünyaya bildirmək istəyir ki, bizimlə savaşmaq lazım deyil. Ancaq İranın son məqsədi, anladığıma görə, onun Yaxın Şərqdə əsas güc sayılmasıdır. İran üçün bu, tanınmaq, güc və prestijini möhkəmləndirmək imkanıdır. Əlavə olaraq, bununla İran rejimi özünü xarici təsirlərdən qorumaq istəyir", - Baradeyi deyib.

Onun sözlərinə görə, beynəlxalq cəmiyyət üçün ən böyük təhlükəni nüvə silahının ekstremist qruplaşmalarının əlinə keçməsi perspektivi yaradır. O hesab edir ki, belə olan halda nüvə silahı sadəcə qarşısını alma faktoru olmaqdan çıxır.

Onun sözlərinə görə, təhlükəsiz gələcəyi təmin etmək üçün yeganə imkan, arsenalında ümumilikdə 27 000 döyüş başlığı olan, artıq mövcud nüvə dövlətlərinin genişmiqyaslı tərksilahının keçirilməsidir.

Xəbər lenti

Xəbər lenti