...

ABŞ İsraildən Qəzza sektorunun blokadasına son qoymağı tələb edib

Dünya xəbərləri Materials 18 İyun 2009 17:31 (UTC +04:00)

ABŞ İsraildən Qəzza sektorunun blokadasına son qoymağı tələb edib. Üç həftə əvvəl Vaşiqton İsrailə diplomatik nota göndərib və orada Qəzza sektorunun blokadasına öz etirazını bildirib və anklavanın bərpa edilməsi üçün sərhədlərin açılmasını tələb edib. Bu barədə İsrail qəzeti "Haaretz" məlumat verir.

ABŞ Prezidenti Barak Obamanın Administrasiyası Qəzzanın blokadasını iki ildən artıq HƏMAS-ın əsirliyində olan İsrail əsgərinin azad edilməsi ilə əlaqələndirməyi qeyri-konstruktiv hesab edir, bəyanatda deyilir.

ABŞ-ın Yaxın Şərqdə xüsusi nümayəndəsi Corc Mitçel ötən həftə regiona səfəri zamanı bəyan edib ki, Qəzzanın blokadası Şalitin azad edilməsi ilə əlaqələndirilməməlidir. "Haaretz" yazır.

Çərşənbə axşamı ABŞ-ın dövlət katibi Hilari Klinton və İsrailin xarici işlər naziri Aviqdor Libermanın Vaşinqtonda baş tutmuş görüşü zamanı ABŞ QəzZa sektorunun blokadasının götürülməsi ilə bağlı yenidən tələb irəli sürüb.

Bəyanatda deyilir ki, əgər İsrail HƏMAS əleyhinə Fələstin Administrasiyasının güclənməsini istəyirsə, Qəzza barəsində həlledici addımlar atmalıdır. Bu tədbirlər "dərman və qida ehtiyatlarının buraxılması, Qəzza banklarındakı hesablara pul köçürülmələri, İsrail ilə üç həftəlik müharibə nəticəsində dağılmış anklavanın bərpası məqsədi ilə tikinti materiallarının gətirilməsi üçün sərhədlərin və buraxılış məntəqələrinin açılmasıdır".

Xəbər lenti

Xəbər lenti