...

Çinin qərbində baş verən iğtişaşlarda 140 nəfər həlak olub - agentlik

Dünya xəbərləri Materials 6 İyul 2009 13:24 (UTC +04:00)
Çinin qərbində baş verən iğtişaşlarda 140 nəfər həlak olub - agentlik

Sinxua agentliyinin bazar ertəsi verdiyi məlumata görə, Çinin Sintsyan-Uyğur muxtar rayonunda bazar günü başlayan iğtişaşlar nəticəsində ölənlərin sayı 140 nəfərə çatıb.

Iğtişaşlar bazar günü axşam rayonun inzibati mərkəzi olan Urumçi şəhərində başlayıb.

Şahidlərin verdiyi açıqlamalara görə, toqquşmalar dükanlar və avtomobillərin yandırılması, qarət halları ilə müşahidə olunub, RİA Novosti xəbər verib.

Yerli hüquq-mühafizə orqanlarının verdiyi son məlumatlara görə, 140 nəfər həlak olub, 816 nəfər yaralanıb. Daha öncə üç mülki şəxs və bir polisin ölümü haqda məlumat verilmişdi. 

Əvvəl verilən məlumatlara görə, Urumçidə etiraz edənlər bu yaxınlarda Quandun əyalətindəki oyuncaq fabrikində işçilər arasında baş verən qarşıdurma zamanı iki uyğurun ölümü ilə bağlı narazılıqlarını bildiriblər.

Çində etnik münaqişələr nadir hallarda baş verir, lakin islam uyğur azlığının əsas yaşayış yeri olan qərb əyaləti Sintszyanda uyğur və xanlı çinliləri arasında ziddiyyətlər yaranır. Uyğur milliyyətçi hərəkatının əsas məqsədi Çindən ayrılaraq öz islam dövlətlərini yaratmaqdır.

Xəbər lenti

Xəbər lenti