...

İran payızda hərbi dəniz manevrləri keçirəcək

Dünya xəbərləri Materials 30 İyul 2009 17:45 (UTC +04:00)

Iran News agentliyi xəbər verdiyinə görə, İslam İnqilab Keşikçiləri Korpusunun (İİKK) Silahlı Qüvvələri payızda hərbi dəniz müdafiəsi texnikasının yoxlanılması üçün manevrlər keçirəcək. Bu barədə İİKK SQ-nin komandiri Mürtəza Səffari cümə axşamı məlumat verib.

"Təlimlərdə İİKK-nun quru və hərbi-hava qüvvələri də iştirak edəcək", - Səffari bildirib.

Onun sözlərinə görə, İİKK SQ-nin əsas məqsədi strateji əhəmiyyətli Fars körfəzində təhlükəsizliyin gücləndirilməsidir.

İİKK SQ-nin tərkibinə bir neçə sualtı qayıq, 3 gözətçi gəmi, 2 korvet, ondan çox desant gəmisi, onlarla raket, torpeda kateri və hava yastığı üzərində katerlər, tral gəmisi, 20-dən çox yardımçı gəmi daxildir. Donanmanın heyət üzvü 20 min nəfərə yaxındır.

Xəbər lenti

Xəbər lenti