Gürcüstan, Tbilisi, 04 avqust / Trend , müxbir N.Kirsxaliya /
Gürcü-osetin münaqişə zonasında, Cənubi Osetiya tərəfindən atəşə məruz qalan Plavismani kəndinin yaxınlığında bu gün səhər 15 yaşlı yeniyetmə Uça Qiunaşvili minaya düşüb.
Yeniyetmə Qori xəstəxanasına çatdırılıb və orada ona yardım göstərilib. Həkimlərin sözlərinə görə, uşağın durumu ağırdır. O, çoxsaylı yaralar alsa da, həyati təhlükəsi yoxdur.
Hadisə ötən il rus hərbçilərinin minaladığı və uşağın mal-qara otardığı bufer zonada baş verib. İstehkamçıların bu ərazini təmizləməsinə baxmayaraq, partlayışlar hələ də baş verməkdədir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]