...

Tacikistan-Əfqanıstan münasibətləri regionun stabilliyində mühüm amildir – Prezident Rəhman

Dünya xəbərləri Materials 19 Avqust 2009 17:48 (UTC +04:00)

Tacikistan-Əfqanıstan münasibətləri regionda stabilliyin bərqərar olmasında mühüm amildir. Bu barədə Tacikistan Prezidenti İmaməli Rəhman bildirib. Məlumatı CA News yayır.

Dövlət başçısının mətbuat xidmətinin məlumatına əsasən, çərşənbə günü Rəhman əfqanıstanlı həmkarı Həmid Kərzayiyə bu ölkənin müstəqilliyinin 90-cı ildönümü münasibəti ilə təbrik teleqramı göndərib.

Tacikistan lideri öz teleqramında qeyd edir ki, iki ölkə arasında dost münasibətləri regionda stabilliyin bərqərar olmasında mühüm amildir. Bu isə iki dövlətin maraqlarına cavab verir. "İkitərəfli münasibətlərin yaradıcı inkişafına sübut sizin Tacikistana bu yaxınlardakı səfərinizdir", - teleqramda deyilir.

Rəhman həmçinin qeyd edib ki, əfqan xalqı müstəqillik tarixi ərzində bir çox çətinliklərlə qarşılaşıb, onların öhdəsindən gələrək böyük uğurlar əldə edib.

"Prezident kimi siz Əfqanıstanda siyasi və iqtisadi stabilliyin, sülhün bərqərar olması üçün çox iş görmüsünüz", - teleqramda deyilir.

Tacikistan Prezidenti Əfqanıstan Prezidenti və xalqına sülh və tərəqqi arzulayıb.

Xəbər lenti

Xəbər lenti