Ermənistan Müdafiə Nazirliyi bu gün bəyanat yayıb. Bəyanatda deyilir ki, avqustun 28-də hərbi hospitala köçürülmüş Aram Mkrtçyan əməliyyat olunub və reanimasiya şöbəsinə köçürülüb. Məlumatı Tert.am yayıb. Sentyabrın 1-də səhər saat 08.05-də Mkrtçyan dünyasını dəyişib.
Müdafiə Nazirliyinin məlumatına əsasən, avqustun 28-də nazirliyin istintaq xidmətinin 8-ci qarnizon bölməsində Vayk şəhərinin hərbi hissəsinin 3-cü batalyonunun ikinci rotasının komandiri, əsgər Aram Mkrtçyanı döyən kapitan Andok Qalstyana qarşı CM-nin 375-ci maddəsinin 2-ci hissəsi üzrə (vəzifə səlahiyyətlərini aşma) cinayət işi açılıb. Avqustun 29-da kapitan həbs edilib.
Dindirilmədə Qalstyan günahını boynuna alıb.
Hazırda məhkəmə-tibbi ekspertiza mərkəzində Mkrtçyanın ölüm səbəblərinin müəyyənləşdirilməsi üzrə iş aparılır.