...

Türkiyənin xarici işlər naziri Tehrana səfər edib

Dünya xəbərləri Materials 12 Sentyabr 2009 10:48 (UTC +04:00)
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu şənbə günü səhər iranlı həmkarı Mənuçöhr Müttəkinin dəvəti ilə Tehrana səfər edib.
Türkiyənin xarici işlər naziri Tehrana səfər edib

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu şənbə günü səhər iranlı həmkarı Mənuçöhr Müttəkinin dəvəti ilə Tehrana səfər edib. Bu barədə FARS xəbər agentliyi məlumat yayıb.

İkigünlük səfər zamanı Davudoğlu Müttəki və İran Prezidenti Mahmud Əhmədinejadla görüşəcək. Davudoğlu İran rəsmiləri ilə ikitərəfli əlaqələrin inkişafı, regional və beynəlxalq məsələlər barədə müzakirələr apacaq. Bundan başqa, Davudoğlu İran Parlamentinin spikeri Əli Laricani və İran Milli Təhlükəsizlik Şurasının baş katibi Səid Cəlili ilə də görüşəcək. Davudoğlu bazar günü İranın Xarici İşlər Nazirliyinin beynəlxalq əlaqələr və siyasi araşdırmalar mərkəzində çıxış edəcək. Səfər zamanı Davudoğlunun həmçinin Məşhəd şəhərinə də gedəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti