...

Rəsmi Tehran Aktau iclasına bir daha etiraz edib

Dünya xəbərləri Materials 12 Sentyabr 2009 11:07 (UTC +04:00)
İranın xarici işlər naziri Mənuçöhr Müttəki Rusiya, Qazaxıstan, Azərbaycan və Türkmənistan Xarici İşlər nazirliklərinə məktub yazaraq, Aktauda keçirilən dördtərəfli iclasa rəsmi etiraz edib.
Rəsmi Tehran Aktau iclasına bir daha etiraz edib

İranın xarici işlər naziri Mənuçöhr Müttəki Rusiya, Qazaxıstan, Azərbaycan və Türkmənistan Xarici İşlər nazirliklərinə məktub yazaraq, Aktauda keçirilən dördtərəfli iclasa rəsmi etiraz edib.

"Rusiya, Qazaxıstan, Azərbaycan və Türkmənistanın iştirakı ilə Aktauda iclasın keçirilməsi xəbərindən sonra dörd ölkənin Tehrandakı səfirləri Xarici İşlər Nazirliyinə çağırılıb. Bundan başqa, İranın xarici işlər naziri Mənuçöhr Müttəki dörd Xəzəryanı ölkənin XİN rəhbərlərinə məktub yazaraq bu iclasa bir daha etiraz edib", - deyə İranın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir. Bu barədə İranın FARS informasiya agentliyi xəbər verir.

Məktubda bildirilir ki, rəsmi, qeyri rəsmi, məsləhətləşmə və s. kimi dördtərəfli iclasların keçirilməsi və hansısa bir ölkənin bu iclasa çağırılmaması qarşı tərəf ya tərəfləri razı etməməklə yanaşı, düzəlməyəcək yanlış fikirlərə səbəb olur. Bundan başqa, bu kimi hərəkətlər birtərəfli işlər görmək üçün zəmin yaradır.

Xəbər lenti

Xəbər lenti