Böyük Britaniyanın Həmkarlar İttifaqı cümə axşamı Qərb sahilində yəhudi qəsəbələrinin inşasına cavab olaraq İsrailin bəzi məhsullarını boykot etməyə qərar verib, Jerusalem Post qəzeti yazır.
Boykot qərarı Britaniyanın tred-yunionunun illik konfransında qəbul edilib və yəhudi qəsəbələrində inşa edilən məhsulların idxalına qadağa qoyulması, İsrailə silah satışının dayandırılması və bəzi şirkətlərin investisiyalarının geri qaytarılmasını nəzərdə tutur.
Boykot Qərb sahilindəki İsrail qəsəbələrində becərilən xurma, dərman bitkiləri, meyvə və tərəvəz kimi məhsullar üçün nəzərdə tutulub.
Böyük Britaniyanın tred-yunionuna ölkənin 58 həmkarlar ittifaqı daxildir və burada altı milyon yardım işçi çalışır.
Boykot həmçinin ötən il dekabr ayında başlayan və yanvarın ortalarında başa çatan İsrailin Qəzza sektorundakı "Əridilmiş qurğuşun" hərbi əməliyyatına etiraz əlaməti olaraq başladılıb. Hərbi əməliyyatların qurbanları arasında dinc sakinlərin də olduğu 1400 fələstinli, həmçinin 13 israilli olub. İsrail bəyan edib ki, HƏMAS-ın ölkənin cənubuna raket atəşi açmasına cavab olaraq hərbi əməliyyatlara başlayıb.