...

Bütün qonşularla, o cümlədən Ermənistanla "sıfır" problemin olmasını istəyirik - Türkiyə XİN rəhbəri

Dünya xəbərləri Materials 24 Sentyabr 2009 11:49 (UTC +04:00)

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu BMT Baş Assambleyasında çıxışı zamanı bildirib ki, Ankara bütün qonşuları, o cümlədən Ermənistan ilə "sıfır" problem və maksimum iş birliyi olmasını istədiyir. Bu haqda Türkiyənin ANADOLU informasiya agentliyi məlumat verib.

"Bütün qonşularla, o cümlədən Ermənistanla "sıfır" problemin və maksimum iş birliyinin olmasını istəyirik", - deyə Davudoğlu bildirib.

XİN rəhbəri onu da qeyd edib ki, Ankara öz məqsədinə Ermənistanı çıxmaqla, demək olar ki, çatıb.

"Ermənistanla da əlaqələrimizin normallaşmasını istəyirik. Qafqazda vəziyyətin stabilləşməsi Ermənistan-Azərbaycan münasibətlərinin də normallaşmasına xidmət edəcək", - deyə Davudoğlu bildirib.

Türkiyəli diplomatın sözlərinə görə, Türkiyənin yürütdüyü siyasət nəticəsində ölkənin beynəlxalq aləmdə etibarı günbəgün artmaqdadır.

Xəbər lenti

Xəbər lenti