...

Misir Prezidenti İsrailə sülh danışıqlarını bərpa etməyi tövsiyə edib

Dünya xəbərləri Materials 5 Oktyabr 2009 14:00 (UTC +04:00)
Misir Prezidenti Hüsnü Mübarək İsraili fələstinlilərlə bir il əvvəl dayandırılan sülh danışıqlarını bərpa etməyə çağırıb.
Misir Prezidenti İsrailə sülh danışıqlarını bərpa etməyi tövsiyə edib

Misir Prezidenti Hüsnü Mübarək İsraili fələstinlilərlə bir il əvvəl dayandırılan sülh danışıqlarını bərpa etməyə çağırıb.

Fələstin-İsrail danışıqları bir il əvvəl dayandırılıb və İsrailin Qəza sektorundakı hərbi əməliyyatlardan sonra bərpa olunmayıb. Benyamin Nitanyahu hakimiyyətə gəldikdən sonra tərəflər danışıqları bərpa edə bilmədilər.

Fələstin hökuməti Qüdsün qərb və şərq sahillərində yəhudi məskənləri salınmasını dəstəkləyən Nitahyahu hökumətilə danışıqları bərpa etməkdən imtina edir.

Armed Forces qəzetinə verdiyi müsahibəsində Mübarək İsraili beynəlxalq təzyiqlərə müsbət yanaşmağa və Fələstin adminstrasiyası ilə sülh danışıqlarını bərpa etməyə çağırıb.

Mübarək deyib ki, danışıqları sıfrdan başlamaq üçün səbəb yoxdur: "Mən dedim ki, (israillilərə) yaşayış məskənləri Fələstin torpaqları ərazisindədir və onların tikintisi dərhal dayandırırlmalıdır".

Onun müsahibəsi 1973-cu il ərəb-israil müharibəsinin 36 illiyi fonunda yayımlanıb. Qeyd edək ki, bu müharibə nəticəsində 1979-cu ildə İsraillə Misir arasında sülh razılığı imzalanıb və ölkələr arasında diplomatik əlaqələr qurulub.

ABŞ və ərəb ölkələrinin qəsəbələrin inşasının dayandırılması tələbinə cavab olaraq İsrail tikintinin tamamilə dayandırılmasından imtina edib və onun yalnız bir hissəsini dayandırıb.

Mübarəkin sözlərinə görə, Misir ABŞ-ın tərərfləri danışıq masasına gətirmək və İsraillə ərəb ölkələri arasındakı regional danışıqları bərpa etmək cəhdlərini müsbət qiymətləndirir.

O deyib ki, region böhran və konfliktlər içindədir və Fələstin problemi ədalətli və hərtərəfli həllini tapmasa, Yaxın Şərqdə vəziyyət qeyri-stabil olaraq qalacaq.

Mübarək İsrailə öz mövqeyini yenidən nəzərdən keçirməyi tövsiyə edib və ərəb ölkələrini aralarındakı münasibətləri tənzimləməyə çağırıb.

Misir Prezidenti deyib ki, İsrail yaşayış məskənlərinin tikintisini dayandırmaq üçün ciddi addımlar atmalı və sülh danışıqları çərçivəsində nəticələr əldə etməlidir.

Xəbər lenti

Xəbər lenti