...

İran ən inkişaf etmiş sentrifuqlara sahibdir - parlament komissiyasının sözçüsü

Dünya xəbərləri Materials 5 Oktyabr 2009 17:19 (UTC +04:00)
İran Parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının mətbuat katibi Kazım Cəlali bildirib ki, hazırda İran ən inkişaf etmiş sentrifuqlara sahibdir.
İran ən inkişaf etmiş sentrifuqlara sahibdir - parlament komissiyasının sözçüsü

İran Parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının mətbuat katibi Kazım Cəlali bildirib ki, hazırda İran ən inkişaf etmiş sentrifuqlara sahibdir. Məlumatı İranın İRNA xəbər agentliyi yayıb.

Cəlali bildirib ki, hərbi texnologiyanın inkişafı sahəsində İran hazırda regionda qabaqcıl ölkələrdəndir. "8 illik İran-İraq müharibəsi dövründə İran ən sadə silahı belə idxal edirdi, lakin hazırda raket sınaqları keçirir", - o deyib.

Cəlali əlavə edib ki, nüvə sahəsində hazırda İran uranı zənginləşdirmək üçün lazım olan ən mürəkkəb texnologiyaya belə sahibdir. "İran nüvə sahəsini öz mütəxəssisləri gücünə hər gün inkişaf etdirir və bu yolda geriyə yol yoxdur", - o bildirib.

Xəbər lenti

Xəbər lenti