...

Ermənistanın sabiq DİN rəhbəri hakimiyyəti erməni-türk protokollarına görə tənqid edir

Dünya xəbərləri Materials 8 Oktyabr 2009 15:14 (UTC +04:00)
Sabiq daxili işlər naziri Aleksandr Arzumanyan hesab edir ki, erməni-türk münasibətlərinin və Qarabağ münaqişəsinin normallaşdırılması proseslərində Ermənistan rəhbərliyi "təzyiqlərə və xarici qüvvələrin göstərişlərinə" məruz qalır.
Ermənistanın sabiq DİN rəhbəri hakimiyyəti erməni-türk protokollarına görə tənqid edir

Sabiq daxili işlər naziri Aleksandr Arzumanyan hesab edir ki, erməni-türk münasibətlərinin və Qarabağ münaqişəsinin normallaşdırılması proseslərində Ermənistan rəhbərliyi "təzyiqlərə və xarici qüvvələrin göstərişlərinə" məruz qalır.

Bu gün müxalifətdən olan bu siyasətçi İrəvanda keçirdiyi mətbuat konfransında deyib ki, ölkənin xarici siyasəti xaricdən irəli sürülmüş xüsusi qrafika əsasında aparılır ki, bu da Ermənistanın dövlət və milli maraqlarına ziddir.

O, erməni-türk protokollarında nəzərdə tutulan tarixçilərdən ibarət komissiyanın yaradılmasını "qəbuledilməz" hesab edib.

Arzumanyan həmçinin qeyd edib ki, Ermənistan 143 ölkə ilə diplomatik əlaqə yaradarkən imzaladığı protokolları təsdiq olunması üçün parlamentə təqdim etməyib. Sabiq nazirin sözlərinə görə, bu sənədlər məzmununa görə diplomatik əlaqələrin qurulması haqqında olan və ikitərəfli hökumətlərarası razılığın elementlərini əhatə edən protokollardan fərqlənir.

Arzumanyan deyib ki, Prezident Serj Sarkisyan protokolları imzalamağa məcburdur. Əks təqdirdə, qeyri-qanuni seçkilər və 2008-ci il martın 1-də İrəvanda tökülən qanlar hesabına əldə etdiyi kürsüsünü itirə bilər.

Xəbər lenti

Xəbər lenti