...

İran Xarici İşlər Nazirliyinin sözçüsü özünün sonuncu mətbuat konfransını keçirib

Dünya xəbərləri Materials 12 Oktyabr 2009 12:24 (UTC +04:00)
İran Xarici İşlər Nazirliyinin sözçüsü Həsən Qəşqavi bildirib ki, oktyabrın 11-dən İran xarici işlər nazirinin xaricdə yaşayan iranlılarla iş və konsulluq məsələləri üzrə müavini vəzifəsinə təyin olunub.
İran Xarici İşlər Nazirliyinin sözçüsü özünün sonuncu mətbuat konfransını keçirib

İran Xarici İşlər Nazirliyinin sözçüsü Həsən Qəşqavi bildirib ki, oktyabrın 11-dən İran xarici işlər nazirinin xaricdə yaşayan iranlılarla iş və konsulluq məsələləri üzrə müavini vəzifəsinə təyin olunub. Bu barədə İran Televiziyasının rəsmi xəbər saytı məlumat yayıb.

Qəşqavi əlavə edib ki, yeni vəzifəyə təyin olunduğu üçün hazırki mətbuat konfransı XİN sözçüsü kimi onun sonuncu mətbuat konfransı ola bilər.

"Hələlik yeni XİN sözçüsü təyin olunmayıb. Yeni sözçü təyin olunanadək nazir özü lazımi məlumatları mətbuata çatdıracaq", - Qəşqavi deyib.

Xəbər lenti

Xəbər lenti