...

İsrail XİN aydınlıq üçün Türkiyə səfirini dəvət etmək niyyətindədir

Dünya xəbərləri Materials 15 Oktyabr 2009 12:41 (UTC +04:00)
Çərşənbə günü İsrailin xarici işlər naziri Aviqdor Liberman deyib ki, Türkiyənin Təl-Əvivdəki səfiri bu ölkənin TRT1 kanalında yayımlanan və Qəza sektorundakı müharibədən bəhs edən filmə aydınlıq gətirmək üçün XİN-nə çağırılacaq, İsrailin "Jerusalem Post" qəzeti yazır.
İsrail XİN aydınlıq üçün Türkiyə səfirini dəvət etmək niyyətindədir

Çərşənbə günü İsrailin xarici işlər naziri Aviqdor Liberman deyib ki, Türkiyənin Təl-Əvivdəki səfiri bu ölkənin TRT1 kanalında yayımlanan və Qəza sektorundakı müharibədən bəhs edən filmə aydınlıq gətirmək üçün XİN-nə çağırılacaq, İsrailin "Jerusalem Post" qəzeti yazır.

Film Qərb sahilləridə yaşayan fələstinli ailələrdən bəhs edir. Filmdə İsrail əsgərlərinin uşaqları və gənc qızları öldürmələri, fələstinliləri güllələnmək üçün sıraya düzmələri nümayiş etdirilir.

Liberman deyib ki, belə bir filmin Türkiyə hökuməti tərəfindən idarə olunan bir kanalda nümayiş etdirilməsi "dərin təhrikçilik xarakteri" daşıyır.

O qeyd edib ki, İsraillə diplomatik əlaqələri olan bir ölkənin belə bir filmi nümayiş etdirməsi yolverilməzdir, "Jerusalem Post" yazır.

Bazar ertəsi Türkiyə XİN bu həftə keçirilməsi planlaşdırılan "Anadolu qartalı" beynəlxalq təlimini təxirə salıb. Təxirə səbəb İsrailin də Türkiyə və ABŞ hərbi hava qüvvələri ilə birlikdə bu təlimdə iştirak etməsi olub.

Qərb və İsrail mətbuatı Türkiyənin bu addımını İsrail ordusunun keçən ilin dekabrında və bu ilin yanvar ayında Qəza sektorunda apardığı hərbi hava əməliyyatlarına cavab kimi qiymətləndiriblər.

Amma Türkiyənin Baş naziri Rəcəb Təyyib Ərdoğan çərşənbə günü deyib ki, İsrailin iştirakı ilə keçirilən hərbi təlimlərdən imtina "türk xalqının arzu və istəyi" ilə olub, Anadolu agentliyi yazır.

Xəbər lenti

Xəbər lenti