...

Əgər Ermənistan öz öhdəliklərini yerinə yetirsə, o zaman Türkiyə ilə əlaqələr dünya üçün nümunə olacaq – Türkiyə XİN rəhbəri

Dünya xəbərləri Materials 21 Oktyabr 2009 16:27 (UTC +04:00)

Əgər Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə, o zaman iki ölkə arasında əlaqələr qlobal nümunə olacaq. Bu barədə Türkiyənin xarici işlər naziri bu gün Türkiyə-Ermənistan protokollarını müzakirə edən Türkiyə Böyük Millət Məclisinin deputatları qarşısında çıxışı zamanı deyib. Məlumatı TRT 2 telekanalı yayıb.

Oktyabrın 10-da Sürixdə Ermənistan və Türkiyənin xarici işlər nazirləri Edvard Nalbandyan və Əhməd Davudoğlu arasında Ankara ilə İrəvan arasında diplomatik əlaqələrin bərpası haqqında protokol imzalanıb.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti