...

Ermənistan-Türkiyə protokolları Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinin pozulmasının başlanğıcıdır - Türkiyənin müxalifət partiyasından olan deputat

Dünya xəbərləri Materials 21 Oktyabr 2009 18:35 (UTC +04:00)
Milliyətçi Hərəkat Partiyasından olan deputat Şenol Bal deyib ki, Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşmasına dair imzalanan protokollar Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinin pozulmasının başlanğıcıdır.
Ermənistan-Türkiyə protokolları Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinin pozulmasının başlanğıcıdır - Türkiyənin müxalifət partiyasından olan deputat

Milliyətçi Hərəkat Partiyasından olan deputat Şenol Bal deyib ki, Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşmasına dair imzalanan protokollar Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinin pozulmasının başlanğıcıdır. Məlumatı TRT 3 telekanalı yayıb.

O həmçinin deyib ki, Türkiyə Ermənistanla imzalanan protokolların nəticəsini hələ sonra görəcək.

Çərşənbə günü Türkiyə Parlamentində Türkiyə-Ermənistan protokolları müzakirə olunmağa başlayıb.

Müxalifət partiyalarından olan deputatlar Ankara və Yerevan protokollarının imzalanmasını kəskin tənqid ediblər və hakim partiyadan olan deputatların çıxışı zamanı parlament zalını tərk ediblər.

Oktyabrın 10-da Sürixdə Ermənistan və Türkiyənin xarici işlər nazirləri Edvard Nalbandyan və Əhməd Davudoğlu arasında Ankara ilə İrəvan arasında diplomatik əlaqələrin bərpası haqqında protokol imzalanıb.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub

Xəbər lenti

Xəbər lenti