...

Fələstinlilər gələcək hökumət strukturunun qurulması prosesini 2011-ci ildə başa çatdıracaqlar – Baş nazir

Dünya xəbərləri Materials 24 Oktyabr 2009 15:04 (UTC +04:00)
Fələstin Administrasiyası gələcək hökumət strukturunun qurulması prosesini 2011-ci ildə başa çatdıracaq. Bu barədə ABŞ-ın "The Washington Post" qəzetinə verdiyi müsahibəsində Fələstin Muxtariyyəti Administrasiyasının Baş naziri Səlim Fəyyad deyib.
Fələstinlilər gələcək hökumət strukturunun qurulması prosesini 2011-ci ildə başa çatdıracaqlar – Baş nazir

Fələstin Administrasiyası gələcək hökumət strukturunun qurulması prosesini 2011-ci ildə başa çatdıracaq. Bu barədə ABŞ-ın "The Washington Post" qəzetinə verdiyi müsahibəsində Fələstin Muxtariyyəti Administrasiyasının Baş naziri Səlim Fəyyad deyib.

Onun sözlərinə görə, Fələstin Administrasiyası iki il ərzində bütün sahələrdə muxtariyyətin effektivliyi üçün siyasi və ictimai institutların qurulmasını başa çatdırmağı öhdəsinə götürüb. Məlumatı AFP agentliyi yayıb.

Avqustun sonunda Fəyyad Britaniya qəzetinə müsahibəsində deyib ki, hətta İsraillə sülh danışıqları imzalanmasa belə, fələstinlilər öz müstəqil dövlətlərini 2011-ci ildə elan etmək niyyətindədirlər. O əlavə edib ki, fələstinlilər özləri İsrail təcavüzünə son qoymaq niyyətindədirlər.

Daha əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu Qərb sahili rəhbərliyinin İsraili yəhudi dövləti kimi təsdiq edəcəyi təqdirdə, fələstinlilərin dövlət hüquqları olduğunu təsdiq etməyə razılaşmışdı.

Xəbər lenti

Xəbər lenti