...

İranın nüvə proqramı nüvə ölkələrinin sayının artmasına səbəb ola bilər - Co Bayden

Dünya xəbərləri Materials 27 Oktyabr 2009 16:19 (UTC +04:00)
İranın nüvə proqramı yalnız Avropa və digər ölkələr üçün hərbi təhlükə yaratmır, eyni zamanda, yeni nüvə ölkələrinin yaranmasına səbəb ola bilər. Bu barədə ABŞ-ın vitse-prezidenti Co Bayden Azadlıq radiosuna (Radio Free Europe/Radio Liberty) müsahibəsində bildirib.
İranın nüvə proqramı nüvə ölkələrinin sayının artmasına səbəb ola bilər - Co Bayden

İranın nüvə proqramı yalnız Avropa və digər ölkələr üçün hərbi təhlükə yaratmır, eyni zamanda, yeni nüvə ölkələrinin yaranmasına səbəb ola bilər. Bu barədə ABŞ-ın vitse-prezidenti Co Bayden Azadlıq radiosuna (Radio Free Europe/Radio Liberty) müsahibəsində bildirib. Məlumatı RİA Novosti yazır.

"İranın nüvə silahı hazırlamaması bütün dünyanın, eləcə də İran xalqının və Avropa xalqlarının maraq dairəsindədir. İş onda deyil ki, o, bizə deyil, Avropa və digər dünya ölkələrinə təlükə yarada bilər, iş ondadır ki, bu, nüvə ölkələrinin sayının artmasına səbəb ola bilər", - Bayden bildirib.

ABŞ və bir sıra Qərb ölkələri İranı "sülh nüvə proqramı" adı altında nüvə silahının hazırlanmasında günahlandırır. Tehran bütün ittihamları təkzib edir və bəyan edir ki, nüvə proqramı ölkənin elektrik enerjisi tələbatının ödənilməsinə yönəlib.

Baydenin fikrincə, İranın nüvə silahının olması Səudiyyə Ərəbistanı, Tükiyə, Misir və digər ölkələrə təsir edə bilər ki, bu da güclü destabilizasiya təsirinə səbəb ola bilər.

"ABŞ senatoru və vitse-prezidenti olduğum bütün müddətdə mən "bu cini öz şüşəsinə salmağa və oradan canını qurtara bilməməsi üçün" cəhd etmişəm", - vitse-prezident qeyd edib.

"ABŞ İranın nüvə proqramının gələcəyini Avropa tərəfdaşları, Rusiya və Çin ilə müzakirə edərək, İranda demokratiya və insan haqları problemini unutmaq niyyətində deyil", - Bayden bildirib.

"Biz heç bir zaman bu problemləri unutmamışıq və unutmayacağıq. Bizim keçmişimizi xatırlayın, administrasiya əməkdaşlarının bioqrafiyasına baxın. Biz senator, qubernator, keçmiş administrasiyaların əməkdaşları olduğumuz zaman belə etməmişik, indi də etməyəcəyik", - o deyib.

Onun sözlərinə görə, ABŞ başa düşür ki, demokratiyanı diktə edə bilməz. "Demokratiya institutlarını böyütmək lazımdır", - vitse-prezident belə hesab edir.

"Seçkilər demokratiya yaratmır, onlar lazımi şərtdir, lakin kifayət etmir. Biz hesab edirik ki, İranda əhalinin böyük əksəriyyəti könüllü olaraq ABŞ-a meyillidir, hazırda onların qarşısında çətin məsələ durur - onlar öz hökumətləri ilə nə etməli olduqlarına qərar verməlidirlər", - Bayden qeyd edib.

1979-cu ildə İslam İnqilabından sonra genişmiqyaslı kimi qəbul olunan güclü müxalifət həyəcanı Tehranda iyunun 12-də prezident seçkilərinin yekunlarının açıqlanmasından sonra baş verib. Seçkilərdə 66 faiz səs toplayan ölkə Prezidenti Əhmədinejad qələbə qazanıb. Məğlub olan namizədlərdən biri - islahatçı Mir Hüseyn Musəvi hakimiyyəti səsvermənin nəticələrini saxtalaşdırmaqda günahlandırıb və xalqı etiraz aksiyaları keçirməyə çağırıb.

Avropa ölkələri və ABŞ İrandakı mitinqlərin yatırılması üçün istifadə olunan, qeyri-rəsmi məlumatlara görə, 150 nəfərin ölümünə səbəb olan amansız üsulları pisləyib, İran hakimiyyətini demokratiyanın təməl əsasının dağıdılmasında günahlandırıb.

"Biz heç kimi, heç bir demokratik qüvvəni satmaq niyyətində deyilik, çünki nəticə olaraq bu bizim maraqlarımızda deyil", - Bayden bildirib.

Xəbər lenti

Xəbər lenti