...

İran dünyada düzgün təqdim edilmədiyi üçün turizmi inkişaf etdirə bilmir - Türkiyənin Baş naziri

Dünya xəbərləri Materials 27 Oktyabr 2009 20:27 (UTC +04:00)
"İran çox böyük turistik potensiala malikdir. Ölkənin çox böyük mədəni zənginliyi var. Lakin dünyada düzgün təqdim edilmədiyi üçün turizmi genişləndirə bilmir", - Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Tehranda keçirilən Türkiyə-İran biznes forumunda deyib.
İran dünyada düzgün təqdim edilmədiyi üçün turizmi inkişaf etdirə bilmir - Türkiyənin Baş naziri

"İran çox böyük turistik potensiala malikdir. Ölkənin çox böyük mədəni zənginliyi var. Lakin dünyada düzgün təqdim edilmədiyi üçün turizmi genişləndirə bilmir", - Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Tehranda keçirilən Türkiyə-İran biznes forumunda deyib. Məlumatı TRT 2 telekanalı yayıb.

Onun sözlərinə görə, Türkiyə İranla ticari-iqtisadi əməkdaşlığı genişləndirməyə və İrandan aldığı təbii qazın həcmini artırmağa hazırdır.

Pakistandakı ikigünlük səfərdən sonra Ərdoğan 100 nəfər iqtisadçıdan ibarət nümayəndə heyəti ilə Tehrana səfər edib. Səfərdən əvvəl türkiyəli nazir "Guardiyan" qəzetinə verdiyi müsahibəsində Türkiyənin İranla qardaşlıq münasibətləri olduğunu deyib.

İki ölkə arasındakı mal dövriyyəsi 13 milyard dollar təşkil edir. Bu göstəricini 20 milyard dollaradək artırmaq planlaşdırılır. İran il ərzində Türkiyəyə 10 milyard kubmetr qaz ixrac edir.

Xəbər lenti

Xəbər lenti