Türkiyənin Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, ölkə ərazisində "donuz qripi"ndən ölənləri sayı üç nəfərə çatıb. Bu haqda Türkiyənin ANADOLU informasiya agentliyi məlumat verib.
Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, "donuz qripi"nin yayılmasının qarşısını almaq üçün profilaktik tədbirlər görülür. Məlumata görə, ölkə ərazisində "donuz qripi" virusuna yoluxanların ümumi sayı 958 nəfərdir.
TREND NEWS-un arayışı: Oktyabrın 21-də isə Ankarada 11 orta məktəbdə "donuz qripi" virusu aşkarlanmış və məktəblərdə karantin elan olunmuşdu.