...

Türkiyənin xarici işlər naziri Fransaya səfər edəcək

Dünya xəbərləri Materials 30 Oktyabr 2009 10:23 (UTC +04:00)

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu noyabrın 6-da fransalı həmkarı Bernar Kuşnerin dəvəti ilə Fransaya səfər edəcək, Anadolu xəbər verir.

Davudoğlu və Kuşner ikitərəfli münasibətləri, Türkiyənin Aİ-yə daxil olması prosesini, regional məsələlər və Fransada davam edən "Türkiyə mövsümü" çərçivəsində mədəniyyət tədbirlərini müzakirə edəcəklər.

Fransa Türkiyənin Aİ-yə daxil olmasına dair danışıqları Türkiyənin tam üzvlüyü ilə bilvasitə əlaqəli olduğundan beş bənd üzrə dondurub.

Davudoğlunun səfəri əvvəlcə oktyabrın 23-nə planlaşdırılmışdı, lakin səfər Türkiyə-Ermənistan protokollarına dair parlament dinləmələri səbəbindən təxirə salınıb.

Xəbər lenti

Xəbər lenti